Kamran Ağayev qırmızı vərəqə aldı, qapıya futbolçu keçdi

  • 13.02.2021
  • 0

Premyer Liqanın bu gün "Sumqayıt"a qarşı səfər matçını (0:3) "Səbail" 9 nəfərlə başa vurub.

Qol.az-ın xəbərinə görə, əvvəlcə 83-cü dəqiqədə Peyman Keşavarzi ikinci sarı vərəqə alaraq meydandan qovulub.

90+5-ci dəqiqədə Kamran Ağayev kobud oyuna görə qırmızı vərəqə alıb. Bu vaxt qonaqlar hər 3 oyunçu dəyişikliyindən istifadə etdiyi üçün üçün qapıya müdafiəçi Adil Nağıyev keçib.

Nə düşünürsən?