İtaliyalı futbolçu da Ronaldonun hərəkətini təkrarladı

  • 17.06.2021
  • 0

AVRO-2020-də "Coca Cola"ya boykot davam edir.


Offsideplus.az xəbər veirr ki, İtaliya millisinin üzvü və İsveçrə ilə oyunun (3:0) ən yaxşısı seçilən Manuel Lokatelli Kriştiano Ronaldonun hərəkətini təkrarlayıb. Mətbuat konfransına çıxan 23 yaşlı yarımmüdafiəçi "Coca Cola" şüşələrini masadan yığışdırıb və su ilə əvəzləyib. 

Daha öncə Kriştiano Ronaldo su içməyi məsləhət görmüş və şirkət 4 milyard dollar ziyana düşmüşdü. Rusiya yığmasının baş məşqçisi Stanislav Çerçesov isə "Coca Cola" içərək Ronaldoya göndərmə etmişdi.

Bundan əlavə, Fransa millisinin müsəlman futbolçusu Pol Poqba da "Heineken" pivələrini masadan yığışdırmışdı.

Nə düşünürsən?