İspaniyada mətbuat konfransında vəziyyət gərginləşdi

  • 01.04.2021
  • 0

DÇ-2022-nin seçmə mərhələsində baş tutan İspaniya - Kosovo matçı zamanı yerli mətbuat Kosovonu ölkə kimi tanımayıb.

Offsideplus.az xəbər verir ki, İspaniyada qarşılaşmanı yayımlayan telekanal Kosovonun adını balaca hərflərlə qeyd edib. Buna səbəb İspaniya hökumətinin rəsmi olaraq Kosovanı ölkə kimi tanımamasıdır.

Oyundan sonra Macarıstan millisinin baş məşqçisi ilə baş tutan mətbuat konfransında da jurnalistlər və macarlar arasında gərginlik yaşanıb. İspaniyalı jurnalistin "Komandanın baş məşqçisindən soruşuram" sözlərindən sonra, millinin üzvləri "Hansı komandanın baş məşqçisi, zəhmət olmasa, deyə bilərsiniz?", - deyə jurnalisti Kosovonun adını deməyə məcbur edib.

Həmin görüntüləri təqdim edirik:

 

 

Nə düşünürsən?