İbrahimoviçin dublu "Milan"ı xilas etdi

  • 19.01.2021
  • 0

İtaliya A Seriyasında 18-ci tura yekun vurulub. Offsideplus.az xəbər verir ki, "Milan" səfərdə "Kalyari"nin qonağı olub. Hesabı 7-ci dəqiqədə penaltidən Zlatan İbrahimoviç açıb. 52-ci dəqiqədə 39 yaşlı ulduz dubl edərək "Milan"ın qələbə qollarının müəllifi olub: 0:2. Xallarının sayını 43-ə çatdıran "Milan" turnir cədvəlində şəriksiz liderdir. İkinci pillədə "İnter" (40 xal), üçüncü və dördüncü pillədə isə 34 xala "Napoli" və "Roma" qərarlaşıb. Oyunun icmalını təqdim edirik: "Kalyari" - "Milan" 0:2 (Z.İbrahimoviç, 7, 51.)

Nə düşünürsən?