Honda və De Byazi Ağdama səfər edib

  • 20.05.2021
  • 0

Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi və "Neftçi"nin futbolçusu Keysuke Honda Ağdama səfər edib.

Onlar Cümə məscidini olublar. Milli Qəhrəmanı, "Qarabağ" klubunun sabiq baş məşqçisi və futbolçusu Allahverdi Bağırovun məzarını ziyarət ediblər. "İmarət" stadionunda futbol oynayıblar.

Baş məşqçi Ağdamda yalnız məlum səbəblərə görə xarabalıqlar görə bildiyini vurğulayıb: "Ancaq ümid edirəm ki, "Qarabağ" burada yenidən qurulan və yenilənmiş stadionda oynaya biləcək".

Ağdamdakı bu mənzərə yaponiyalı futbolçuya da yəqin ki Hirosima və Naqasaki dağıntılarını xatrıladadıb. Atom bombası Yaponiya şəhərlərini necə yerlə yeksan etmişdisə 30 illik erməni işğalı da ağdamı eyni vəziyyətə salıb.

Amma yarımmüdafiəçi tezliklə şəhərin də stadionun da bərpa oluncağına ümid edir.

"Dünən Bakıda “Qarabağ”a qarşı oynadım. Əslində "Qarabağ" klubu ev oyunlarını indiki olduğum yerdə - Ağdamdakı "İmarət" stadionunda keçirməli idi. İnanıram ki, burada futbol yenidən oynaınlacaq". - deyə Keysuke Honda sosial şəbəkə hesablarında səfərlə bağlı təəssüratlarını bölüşüb.

REAL

Nə düşünürsən?