“Formula 1”lə bağlı hazırlıq işləri bitir

  • 01.06.2021
  • 0

“Formula 1” üzrə Azərbaycan Qran Prisinin startında sayılı günlər qalıb.

Yarışla əlaqədar “Bakı şəhər halqası”nın keçdiyi və onun ətrafındakı küçələrdə nəqliyyatın hərəkəti də dayandırılıb.

Artıq pilotların yürüşə çıxacağı trekdə son tamamlanma işləri gedir.

Yarışla bağlı işçi qrupu artıq paytaxtımızdadır. Qran Prinin iştirakçıları isə iyunun 2-nə kimi küləklər şəhərinə təşrif buyuracaqlar. Bunlar Formula 1-in 10 komandasının 20 pilotu və Formula 2-nin 11 kollektivinin 22 üzvüdür.

Xatırladaq ki, bu, ölkəmizdə keçiriləcək 5-ci yarış olacaq. 2016-cı ildəki ilk mərhələ Avropa Qran Prisi adlandırılmışdısa, növbəti 3 mövsümdə Bakıda reallaşan turnir Azərbaycan Qran Prisi olub. Küləklər şəhərindəki əvvəlki 4 qran prini müvafiq olaraq almaniyalı Niko Rosberq, britaniyalı Luis Hemilton, digər Almaniya təmsilçisi Sebastian Fettel və finlandiyalı Valtteri Bottas qazanıb.

Formula 1 üzrə Dünya Çempionatının 72-ci mövsümü mərhələ sayına görə rekorda imza atacaq. Belə ki, bu il 23 Qran Prinin keçirilməsi planlaşdırılır. 2021-ci il Dünya Çempionatına dekabrın 12-də Əbu-Dabidə yekun vurulacaq.

REAL

Nə düşünürsən?