"Fənərbağça"nın futbolçusu bu hərəkəti ilə gündəmə düşdü

  • 26.01.2021
  • 0

"Fənərbağça" və "Bein Sports" yayım şirkəti arasında olan gərginlik barədə daha öncə xəbər vermişdik. Offsideplus.az xəbər verir ki, "Kayserispor"la matçdan (3:0) sonra "sarı-lacivərtlər"in müsahibələri yayımlanmayıb. Oyunda çox yaxşı performans göstərən "Fənər"in yeni transferi Attila Szalai müxbirin sualını cavablamaqdan imtina edib. Belə ki, jurnalistin "İlk oyununda möhtəşəm performans göstərdi, komandaya çox önəmli yardımı toxundu, bütün alqışları qazandı. Nələr hiss edirsən?" sualına yunanıstanlı müdafiəçi belə cavab verib: "Təşəkkür edirəm. Oyun barədə danışmayacam. Çünki danışsam belə, yayımlamırsız. Təşəkkürlər, gecəniz xeyirə".

Nə düşünürsən?