Ermənilər Azərbaycansayağı künc zərbəsini oğurladı

  • 16.04.2021
  • 0

Ermənistanın "Ararat-Armeniya" komandası Azərbaycansayağı künc zərbəsindən qol vurub.

Offsideplus.az xəbər verir ki, komanda bu taktikadan çempionatda "Şirak"la matçda istifadə edib. 16-cı dəqiqədə Aleksandr Karapetyan iki oyunçunun topun üzərindən tullanmasından sonra fərqlənib.

Qarşılaşma "Ararat-Armeniya"nın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Azərbaycansayağı künc zərbəsindən ilk qolu "Neftçi"nin heyətində çıxış etdiyi vaxt hazırda "Kəpəz"in baş məşqçisi olan Yaşar Vahabzadə vurub. Həmin vaxt paytaxt təmsilçisinin baş məşqçisi indi AFFA-nın vitse-prezidenti olan Vaqif Sadıqov idi. (məlumatı ilk dəfə Mirbağırağa Cəfərli paylaşıb).

Nə düşünürsən?