Dünya cərimə zərbəsindən het-trik edən türk futbolçudan danışır

  • 09.02.2021
  • 0

Türkiyə 2-ci liqasında keçirilən "Balıkesirspor" - "Akhisar" matçında nadir qollar vurulub. Offsideplus.az xəbr verir ki, Taşkın Çalış het-trik edərək komandasına qələbə qazandıran qollara imza atıb. Ən maraqlısı isə, qolların hamısını cərimə zərbəsindən vurmasıdır. 27 yaşlı yarımmüdafiəçinin bu performansı dünya mediasında da məhşurlaşıb. Qeyd edək ki, Taşkın cərimə zərbəsindən het-trik edən 8 futbolçudan biri olub. Bu oyunçular arasında Lionel Messi, Juninho, Roberto Karlos, Pirlo, Haci, Aleks ve Pyerre van Hooijdonk kimi məşhur simalar var. Həmin het-triki təqdim edirik:

Nə düşünürsən?