DƏHŞƏT: Yarışda 16 maşın qəzaya uğradı

  • 15.02.2021
  • 179 baxış
  • 0

NASCAR rallisinin "Daytona 500" mərhələsində zəncirvari qəza baş verib.

Offsideplus.az xəbər verir ki, yarışın gedişində 16 avtomobil bir-birləriylə toqquşaraq qəza törədib. 

 İnsident 15-ci dairədə iki maşının oval yolda təması nəticəsində baş verib.

Bu yolda pilotlar avtomobilləri bir-birləri ilə maksimum sürətlə sıx şəkildə idarə edirlər. Maşınlardan birinin dönüşü kütləvi tıxaca səbəb olub. Nəticədə çoxlu sayda sürücü yarışı davam etdirə bilməyib.

Bu isə yarışın dayandırılmasına gətirib çıxarıb. Rallinin nə zaman bərpa olunacağı bilinmir.

Nə düşünürsən?