Dadaşov oynadı, komandası yenə qalib gəldi

  • 30.05.2021
  • 0

Futbol üzrə ABŞ birinci liqasında "Finiks Rayzinq" növbəti matçına çıxıb.


Offsideplus.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi komanda səfərdə "Sakramento Ripablik"lə qarşılaşıb. Santi Moarın vurduğu qol ilə qonaqlar rəqib üzərində minimal hesablı qələbə qazanıb.

90 dəqiqə meydanda olan Rüfət Dadaşov 35-ci dəqiqədə foula görə sarı vərəqə ilə cəzalanıb.