Dadaşov oynadı, komandası uduzdu

  • 20.06.2021
  • 0

Futbol üzrə ABŞ birinci liqasında "Finiks Rayzinq" növbəti matçına çıxıb.


Offsideplus.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi komanda "San Dieqo Loyal"ın qonağı olub. Meydan sahibləri rəqib üzərində 2:1 hesablı qələbə qazanıb. 

Meydana start heyətdə çıxan Dadaşov, 59-cu dəqiqədə əvəzlənib.

Qeyd edək ki, 8 oyunda 16 xal toplayan “Finiks Rayzinq” hazırda birinci pillədə qərarlaşıb.