"Çelsi"nin İngiltərə kubokunun finalındakı rəqibi bilindi

  • 19.04.2021
  • 0

İngiltərə federasiya kubokunda sonuncu finalçı müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, bu, "Lester" klubudur. "Tülkülər" yarımfinalda "Sauthempton"a 1:0 hesabı ilə qalib gələrək finala yüksəlib.

Beləliklə, "Çelsi" ilə "Lester" arasındakı final görüşünün mayın 15-i keçirilməsi planlaşdırılır.

Nə düşünürsən?