Cazibədar modelə gözü düşən Qriliş sevgilisi tərəfindən tutuldu

  • 07.03.2021
  • 0

"Aston Villa"nın məşhur futbolçusu Cek Qriliş sosial şəbəkə hesabından tanınmış model Natalia Zoppaya yazıb.

Offsideplus.az "The Sun" nəşrinə istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi "Love Island" realiti şousundan tanınan Zoppaya "əl" emojisi göndərib. 21 yaşlı modelin sevgilisi Hass Saleh bu barədə "TikTok" hesabında paylaşım edib. Cütlük ulduz futbolçunun bu hərəkətini ciddiyə almayıb. Sevgilisi videoda bu sözləri deyib:

"Bu gün qəribə bir gün olmayacaqdı, əgər Premyer Liqanın ən yaxşı oyunçusu xanımımla danışmağa çalışmasaydı".

Nə düşünürsən?