Bu gün "El Klasiko" var!

  • 10.04.2021
  • 0

İspaniya La Liqasının 30-cu turunda bu gün mövsümün ikinci "El Klasiko"su baş tutacaq.


Offsideplus.az xəbər verir ki, "Real" "Alfredo Di Stefano stadionu"nda "Barselona"nı qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start göterəcək.

Qeyd edək ki, "El Klasiko"nun nəticəsi liderliyə böyük təsir göstərəcək. Belə ki, ilk pillədə olan "Atletiko"nun 66, ikinci yerdə qərarlaşan "Barselona"nın 65, ilk üçlüyü tamamlayan "Real"ın isə 63 xalı var.

Nə düşünürsən?