Braziliyalı qapıçı oyun zamanı ağır zədə aldı, 5 tikiş qoydular

  • 02.02.2021
  • 0

Braziliya A Seriyasının 33-cü turunda baş tutan "Vasko Da Qama" - "Baiya" matçında xoşagəlməz hadisə baş verib. Offsideplus.az xəbər verir ki, görüşün 80-ci dəqiqəsində meydan sahiblərinin qapıçısı Duqlas Fridrix ağır zədə alıb. Rəqib komandanın müdafiəçisi Leandro Kastan qol vurmaq istəyərkən ayağı ilə qolkiperin sifatinə zərbə endirib. Futbolçu qırmızı vərəqə alaraq meydandan qovulub. Hadisə nəticəsində Fridrixin üzünə 5 tikiş atılıb. Kastan isə matçdan sonra paltardəyişmə otağına gələrək qapıçıdan üzr istəyib.