Bolqarıstanda tarix yazan millimiz vətənə döndü

  • 22.06.2021
  • 0

Bolqarıstanda tarixi uğura imza ataraq komanda hesabında Avropa Çempionu olan yeniyetmələrdən ibarət yunan-Roma güləşi üzrə yığma komandamız Vətənə dönüb.

Offsideplus.az xəbər verir ki, dörd qızıl və üç bürünc medalla birinci yerə çıxan millimiz Heydər Əliyev Beynəlxalq Hava Limanında qarşılanıb.

Xatırladaq ki, Fərid Baxışlı, Rahim Həsənov, Fəraim Mustafayev və Fərid Xəlilov qızıl, Pərviz Dadaşov, Kənan Abdullazadə və Ruslan Nurullayev bürünc medal qazanıb.

Nə düşünürsən?