"Beşiktaş"ın oyunundan sonra tuneldə dava düşdü

  • 12.05.2021
  • 0

"Vodafone Park"da "Fatih Karagümrük"ü qəbul edən "Beşiktaş" 1:2 hesabıyla məğlub olub.

Offsideplus.az xəbər verir ki, matç zamanı bir çox epizodlarda rəqib komandalar arasında gərginlik olduğu diqqət çəkmişdi. Final fitindən sonra paltardəyişmə otağına yönələn "Karagümrük"lü Enzo Roko tuneldə qələbə sevincini qeyd edib. Mövsümün əvvəlində "Beşiktaş"dan ayrılıb İstanbul təmsilçisinə keçid edən çilili futbolçuya Vinsent Abubakar reaksiya göstərib və rəqib futbolçular arasında gərginlik yaşanıb. Digər oyunçuların da qoşulmasından sonra böyüyən davanı polis dağıdıb. 

"Qara qartal"ın futbolçusu Raşid Qezzalın meneceri Hakan Korkmazın stadiondan avtomobil dayanacağına gedən yolda "Karagümrük"lü Ndaoya təpik vurduğu iddia edilib. Ndaonun Hakandan şikayət etməsindən sonra, gənc menecer polislər tərəfindən həbs olunub.

Nə düşünürsən?