"Beşiktaş"ın futbolçuları mətbuat konfransına hücum etdi

  • 16.05.2021
  • 0

"Beşiktaş"ın baş məşqçisi Sergen Yalçın mətbuat konfransında sürprizlə qarşılaşıb.

Offsideplus.az xəbər verir ki, səfərdə "Göztəpə"ni 2:1 hesabı ilə yenərək, komandasına çempionluq qazandıran 49 yaşlı mütəxəssis danışmağa başlayanda futbolçuları mətbuat konfransına hücum edib.

Konfrans zalına şüarlar səsləndirərək girən futbolçular çempionluq coşqusunu baş məşqçi ilə birgə doyunca yaşayıblar.

Nə düşünürsən?