“Barselona” penaltilərlə finala yüksəldi

  • 14.01.2021
  • 0

Futbol üzrə İspaniya Super Kubokunda ilk yarımfinal görüşü keçirilib. İlk qarşılaşma “Real Sosyedad”la “Barselona” arasında baş tutub. Tərəflərin hərəyə bir dəfə fərqləndiyi matçın əsas və əlavə vaxtında qalib müəyyənləşməyib. Bu üzdən də qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Barselona” ilk finalçı olub. Digər finalçının adına “Real” – “Atletik” görüşündə aydınlıq gələcək. İspaniya Super Kuboku Yarımfinal 13 yanvar Real Sosyedad – Barselona 1:1 (penaltilər 2:3) Qol: Oyarzabal, 51-pen – De Yonq, 39.

Nə düşünürsən?