AVRO-2020-nin kuboku canlı yayımda yerə düşdü

  • 26.04.2021
  • 0

Rumıniyanın paytaxtı Buxarestdə yerləşən "Beynəlxalq Arena Stdadionu"nda baş tutan canlı yayımlardan birində AVRO-2020-nin kuboku yerə düşüb.

Offsideplus.az xəbər verir ki, buna külək səbəb olub. Belə ki, küləyin aşırtdığı reklam lövhəsi kuboku yerə salıb. İdman jurnalisti Diana Şandru hadisədən xəsarət almadan qurtulub.

Qeyd edək ki, oyunlar bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir.