Argentinalı futbolçunun onurğası qırıldı

  • 14.11.2020
  • 0

Almaniyanın "Bayer" (Leverkuzen) klubunda çıxış edən Argentina millisinin futbolçusu Esekiel Palasiosun onurğası qırılıb. 22 yaşlı yarımmüdafiəçi dünya çempionatının seçmə mərhələsində Paravvayla matçda zədələnib. Oyunçu rəqibin futbolçusu Anxel Romero ilə mübarizədə xəsarət alıb. Palasiosun bir neçə aydan sonra sıraya dönə biləcəyi bildirilib. Qeyd edək ki, qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Nə düşünürsən?