Araz Abdullayevin möhtəşəm performansı: 2 qol...

  • 07.05.2021
  • 0

Türkiyə 1-ci liqasında 34-cü turun oyunlarına start verilib.

Offsideplus.az xəbər verir ki, həmyerlimiz Araz Abdullayevin çıxış etdiyi “Boluspor” "Eskişehirspor"u qəbul edib. Matç meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Abdullayev bu görüşdə dubla imza atıb. Start heyətdə meydana çıxan və sona kimi oynayan 29 yaşlı yarımmüdafiəçi 17 və 56-cı dəqiqələrdə fərqlənib. Bu, onun Türkiyə klubundakı ilk qolları olub.

Nə düşünürsən?