Anası türk olan idmançı erməniləri müdafiə etdi

  • 08.03.2021
  • 178 baxış
  • 0

6 martda erməni saytlarında Rusiya Federasiyasının qaydasız döyüş üzrə çempionu, tanınmış idmançı Maqomed İsmayılov öz İnstaqram səhifəsində video-müraciət edərək, Azərbaycandan erməni əsirlərin buraxılmasını xahiş edib və əlavə edib ki, onları ailələri gözləyir.

Gent.az Moderator.az-a istinadən xəbər verir ki, ilk baxışdan xeyirxah məqsəd daşıyan bu müraciətdə yanlış məqamlar da var və bu məqamlardan erməni mediası dünəndən bəri təbliğatında istifadə edir. Maqomed İsmayılov video-müraciətində vurğulaiiyır ki, əsir düşənlər müharibə bitəndən sonra cəbhədə qalan əsgərlərdir. Atəşkəs razılaşmasından xeyli sonra Şirakdan gələn silahlıları əvvəldən cəbhədə vuruşan hərbiçilər olduğunu və guya müharibə gözlənilmədən bitdiyindən bu adamların müharibənin bitməsindən xəbəri olmayıb.

Maqomed İsmayılov hisslərində səmimi ola bilər, amma fərqində deyil ki, dedikləri erməni iddiaları ilə üst-üstə düşür. Videoda əsir düşən erməni silahlılarının terrorçu olmadığını təkrar-təkrar deməsi idmançının təsir altına düşdüyünü açıq göstərir. Xeyli azərbaycanlı və erməni dostlarının olduğunu deyən məşhur idmançı xeyirxah məqsədlə etdiyi müraciətdə erməni dəyirmanına su tökdüyünün fərqində olmayıb.

Maqomed İsmayılov özünü “bu böyük dünyada kiçik adam” hesab edir və çox siyasətçi tanışlarının olduğunu deyir. Məşhur idmançı bu qədər xeyirxahdırsa, bir dəfə də olsun yurdlarından 30 ildi qovulmuş 800 mindən çox azərbaycanlının doğma torpaqlarına qayıtması təşəbbüsü ilə də çıxış edibmi? Hər halda anası türk əslli, atası avar olan Maqomed bu incəlikləri də unutmamalıydı.

Nə düşünürsən?