"Alaves"in kapitanından yubiley açıqlaması

  • 23.01.2021
  • 0

Bu gün "Alaves" klubu yaranmasının 100-cü ilini qeyd edir. Offsideplus.az La Liqa-ya istinadən xəbər verir ki, 1921-ci ilin 23 yanvarında əsası qoyulan İspaniya təmsilçisi 1929-cu ildə La Liqaya yüksəlib. Klub tarixinin ən yadda qalan hadisəsi 2000/2001 mövsümündə UEFA Kubokunun finalına yüksələrək əlavə vaxtda 5:4 hesabı ilə "Liverpul"a uduzması olub. 10 il öncə 3-cü liqaya yuvarlanmaq kimi çətin dönəmlərdən keçən "Alaves" sonradan özünə gəlməyi bacarıb. 2016-cı ildə La Liqaya qayıdan komanda 2017-ci ildə Kopa del Rey finalına qədər yüksəlib. Komanda İspaniya və legioner talantlardan ibarətdir: Yerli kapitan Manu Qarsiya, təcrübəli forvardlar Lukas Perez və Joselu Mato, qolkiper Fernando Paçeko, vinqer Jota Peletieiro və yenicə kəşf edilmiş legioner - braziliyalı müdafiəçi Rodriqo Eli və hücumçu Deyverson. Göy və ağ zolaqlı forma geyinən "Alaves" "El Glorioso" ("Şanlı"), "Babazorros" kimi ləqəbləri daşıyır. Qeyd edək ki, bu gün Bakı vaxtı ilə saat 00:00-da "Alaves" doğma meydanda "Real Madrid"i qəbul edəcək. Pandemiya dönəmindən öncə coşqulu azarkeşlərlə dolu "Mendizorrotza" stadionundan görüntüləri və klubun kapitanı Manu Qarsiyanın 100-cü yubiley barədə verdiyi açıqlamaları təqdim edirik:

Nə düşünürsən?