Yük maşını ərazidə təmizlik aparan şəxsi vurub

  • 30.05.2021
  • 0

Sumqayıtda yük maşını kişini vuraraq üstündən keçib. 

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə şəhərin Məhəmməd Əsədov küçəsində qeydə alınıb.

Ərazidə təmizlik işləri aparan dəmir qapı ustası, 1955-ci il təvəllüdlü Abdullayev Məmməd Əli oğlunu “Zil” markalı yük avtomobili vuraraq üstündən keçib. O, hadisə yerindəcə dünyasını dəyişib. Meyit müayinə olunmaq üçün aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?