Yolu keçmək istəyən piyadanı maşın vurdu

  • 21.06.2020
  • 0

Qazaxda piyadanın ölümü ilə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA TV xəbər verir ki, hadisə rayonun Əzizbəyli kəndində qeydə alınıb. 1971- ci il təvəllüdlü Vüqar Qəhrəmanovu yolu keçəmək istəyən zaman maşın vurub. Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Xəstəyə lazımi tibbi yardım göstərilsədə o, dünyasını dəyişib. Faktla bağlı Qazax Rayon Polis Şöbəsində araşdırma aparılır.

Nə düşünürsən?