Yevlaxda ikimərtəbəli ev yandı

  • 07.04.2021
  • 0

Yevlax rayon Qaraməmmədali kəndində fərdi yaşayış evi yanıb. Kənd sakini Rasim Baxşəliyevə məxsus olan iki mərtəbəli ümumi saəsi 211 kvadrat metr olan ev tamamilə yanaraq yararsız hala düşüb.

Ev sahibi yanğının hansı səbəbdən baş verdiyinin məlum olmadığını deyir:

Ev sahibinin dediyinə görə, yanğın evin 1-ci mərtəbəsindən başlayıb. Ev və içərisindəki bütün əşyalar yanıb. Xoşbəxtlikdən hadisədən xəbər tutduqları üçün evdən çıxan sakinlər arasında xəsarət alan olmayıb.

Hələ ki evin hansı səbəbdən yanması məlum deyil. Hadisə ilə bağlı araşdırma aparılır.

Nə düşünürsən?