Yasamalda güclü yanğın

  • 25.06.2021
  • 0

Bakının Yasamal rayonunda yerləşən hündürmərtəbəli binada baş vermiş yanğın zamanı xəsarət alanalr olub.

Yanğın zamanı 4 nəfər xəsarət alıb, onlardan ikisi azyaşlıdır.

*** 23:55

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olandan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğının baş verdiyi ünvana cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Nə düşünürsən?