Vaqif Əsədovdan "protiv" sürən yol polisi ilə bağlı açıqlama

  • 09.04.2021
  • 0

"Bakıda Yol Patrul xidməti avtomobili həmin ərazidə yaranan süni sıxlığın aradan qaldırılması üçün əks istiqamətə keçərək hərəkət edib".

Bunu Bakı Şəhəri Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov Unikal.org-la əlaqə saxlayaraq bildirib:

"Bu o demək deyil ki, bu hadisə nəzarətsiz baş verib, sürücü bunu özbaşına edib. Sadəcə bu avtomobil keçiriləcək tədbir istiqamətində yaranmış süni sıxlığın aradan qaldırılması üçün gedib. Bu da həm yol boyu kameralarla təhlükəsizliyin təmin edilməsi, həm də qəza hadisəsinin baş verməməsi üçün edilib. 

Həmin patrul avtomobilinin sayrışan işıqlarından birində nasazlıq olub. Bu elə təsəvvür yaratmır ki, guya bunun işığı da yanmır. Sadəcə nasazlıq yaranıb, o da artıq aradan qaldırılıb."

Nə düşünürsən?