TƏCİLİ! AZƏRBAYCAN LAÇIN DƏHLİZİNİ NƏZARƏTƏ GÖTÜRƏCƏK – PUTİN...

  • 09.01.2021
  • 21.2K baxış
  • 0

Qafqaz Strateji Araşdırmalar Mərkəzinin sədr müavini Nazim Cəfərsoy Azərbaycanın Qarabağdakı hərbi-siyasi strategiyası barəsində fikirlərini açıqlayıb. O deyib ki, dekabrın 1-dən sonra Azərbaycanın Qarabağdakı addımlarını hərbi-siyasi konteksdən dəyərləndirib. Onun sözlərinə görə, Azərbaycan 3 mərhələli planı həyata keçirir: “1-ci mərhələ təxminən 1000 km-lik Azərbaycan Ermənistan sərhədini tam nəzarətə almaq və Ermənistan ordusuna tam bağlamaqdır. Bu mərhələ hazırda sürətlə davam etdirilir. 2-ci mərhələdə Rus sülhməramlısının olduğu Laçın dəhlizində nəzarəti təmin etmək. Bu çərçivədə Ermənistan sərhədinin Laçın dəhlizi hissəsində rus sülhməramlılari ilə yanaşı Azərbaycan sərhəd, gömrük və təhlükəsizlik xidmətinin fəaliyyətini təmin etmək. Hazırda bunun hərbi-siyasi bazası hazırlanır. Prezidentin ilin yekununa dair çıxışında 3 dəfə Ermənistan xarici işlər nazirinin Qarabağa səfərinə vurğu etməsi, Fransa nümayəndə heyətinin səfəri, 10 noyabrdan sonra Qarabağa Ermənistan hərbiçilərinin gəlməsi və bu prosesdə doğrudan və dolaylı rus əsgərinə vurğusu bunun ilk addımdır. Ardından diplomatik və siyasi müstəvidə rus sülhməramlıların bu istiqamətdə işlərini doğru görmədiyi sıx-sıx vurgulanacaq və dəhlizdə Azərbaycan qurumlarının olması zərurəti sadəcə hüquqi deyil, həm də hərbi-siyasi zərurət kimi önə çıxarılacaq. Bu mərhələnin önümüzdəki 2-3 ay ərzində aktuallaşacağını təxmin etmək olar. 3-cu mərhələ Qarabağdakı erməni yaraqlılarının tərkisilah edilməsi məsələsidir. Prezident artıq bir neçə dəfə bu məsələyə sərt reaksiya verib və məsələni bir terror hadisəsi kimi xarakterizə etməyə başlayıb. Önümüzdəki aylarda, təxminən fevral ayının sonundan başlayaraq Qarabağda həm ərazidə antiterror əməliyyatları, həm də konkret şəxslərə qarşı nöqtə əməliyyatları olacağını təxmin etmək olar...

Nə düşünürsən?