Sürücü sükan arxasında öldü

  • 19.02.2021
  • 0

Gəncədə ölümlə nəticələnən yol qəzası baş verib.

Oxu24.com -un  xəbərinə görə, hadisə şəhərin Eminbəyli küçəsində qeydə alınıb. 

Belə ki, “VAZ-2107” markalı minik avtomobili işıq dirəyinə çırpılıb. Hadisə nəticəsində sürücü, 1962-ci il təvəllüdlü Arzu İbrahimov hadisə yerində dünyasını dəyişib. 

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. İlkin ehtimala görə, sürücünün ürəktutması qəzaya səbəb olub. 

Faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?