Son sutkada koronavirusa yoluxanların sayı açıqlandı

  • 10.04.2021
  • 0

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2192 yeni yoluxma faktı qeydə alınıb, 1 554 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Mia.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 33 nəfər vəfat edib: "Bununla da indiyədək ölkədə ümumilikdə 283 579 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 249 013 nəfər müalicə olunaraq sağalıb, 3 879 nəfər vəfat edib. 30 687 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 912, bu günə qədər isə ümumilikdə 3 005 197 test icra olunub".

Nə düşünürsən?