Sirk tamaşası zamanı fillər dalaşıb

  • 21.03.2021
  • 0

Rusiyanın Kazan şəhər sirkində fillər arasında dava düşüb.

Oxu24.com  oxu.az-a istinadən xəbər verir ki, nəhəng heyvanlar tamaşa zamanı münasibətlərini aydınlaşdırmağa başlayıblar.

Sirkə tamaşa etməyə gələnlər maraqlı görüntüləri mobil telefon vasitəsilə qeydə alıblar.

Kadrlarda fillərdən birinin digərini yerə yıxaraq qalxmağa imkan vermədiyi görünür. Yaxınlıqda əyləşən tamaşaçılar qorxudan darhal öz yerlərini tərk ediblər.

Heyvanların əhilləşdirici məşqçiləri onları sakitləşdirərək bir-birindən ayırıblar.

Hadisə zamanı xəsarət alan olmayıb.

Nə düşünürsən?