Silsilə oğurluqlar edən şəxs ifşa olunub

  • 28.01.2021
  • 0

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən talama cinayətlərinə qarşı çevik və təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Abşeron rayonu Saray qəsəbəsi ərazisində 2 evdən ümümilikdə 8515 manat və 12655 manat dəyərində qızıl-zinət əşyaları, eləcə də mobil telefon oğurlanması barədə Abşeron Rayon Polis İdarəsinə məlumat daxil olub. Polis tərəfindən silsilə oğurluq əməllərində şübhəli bilinən əvvələr Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) və 221-ci (Xuliqanlıq) maddələri ilə məhkum olunan Taleh Qəmbərov tutularaq istintaqa təhvil verilib.

T.Qəmbərovun ətrafında aparılan əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri ilə onun Saray qəsəbəsində 10-dan artıq evdən müxtəlif məbləğlərdə pul və qızıl-zinət əşyalarını oğurlaması sübuta yetirilib.

Şübhəli şəxsin barəsində Abşeron Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.Silsilə oğurluqlar edən şəxs ifşa olunub

Nə düşünürsən?