Şəmkirdə qadın yaxın qohumu tərəfindən öldürülüb

  • 06.04.2021
  • 0

Şəmkirdə qadın yaxın  qohumu tərəfindən qətlə yetirilib. 

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun İrmaşlı kəndində qeydə alınıb. 

İrmaşlı kənd sakini Aybəniz Alıyevanın döş qəfəsində bıçaq xəsarətləri olan meyiti yaşadığı evdə qonşuları tərəfindən aşkarlanıb. 

Araşdırma zamanı məlum olub ki, qadını yaxın qohumu, Rəşad Tağıyev qətlə yetirib. 

Mərhumun qızı Türkan Alıyeva deyir ki, anası həmin gün onlara getməli imiş. Amma gəlməyib. Ona zəng etsə də telefonu da açmayıb. 

Hadisəni törədən Rəşad Tağıyev mərhumu qətlə yetirəndən sonra üzərində olan qızıl-zinyət əşyalarını da aparıb.

Çəkiliş zamanı qadının qohumları və qonşuları da hadisə baş verən evdə olub. Onların arasında hər hansı problemin olmadığını bildiriblər. 

Mərhum Aybəniz Alıyevanın iki qız övladı var. O İrmaşlı kəndində kiçik qızı ilə yaşayıb. 

Əməkdaşlarımız qətli törədən Rəşad Tağıyevin də evinə baş çəkiblər. Ailə üzvləri hələ də hadisənin necə baş verdiyinə inana bilmədiklərini deyirlər. 

Şəmkir rayon prokurorluğundan APA TV-yə verilən məlumata görə, araşdırma zamanı Rəşad Tağıyevdən mərhumun üzərindən götürdüyü 10 000 rubl, 210 manat pul və qızıl-zinət əşyalarını sataraq əldə etdiyi 300 ABŞ dolları aşkar edilərək götürülüb. 

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.