Şəmkirdə 120 nəfərlik toy edənlər saxlanıldı

  • 03.03.2021
  • 0

Şəmkir rayonunda toy edən şəxslər məsuliyyətə cəlb olunub.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, Şəmkir RPŞ-yə rayon ərazisində yerləşən “Pavlovniya” restoranında 120 nəfərdən ibarət toy mərasiminin keçirilməsi barədə məlumat daxil olub.

Polis əməkdaşları adıçəkilən ünvana gələrək toy mərasimini dayandırıblar, mərasim iştirakçıları və restoranın inzibatçısı saxlanılaraq Polis Şöbəsinə gətiriliblər.

Nə düşünürsən?