Sabirabadda yük maşını yol kənarına aşıb

  • 02.05.2021
  • 0

Sabirabadda avtomobil ehtiyat hissələri ilə yüklənmiş avtomobil aşıb, 2 nəfər xəsarət alıb.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, avtomobil ehtiyat hissələri ilə yüklü olan 90 UZ 038 dövlət nömrə nişanlı yük maşını idarəetməni itirərək sərt döngədə aşıb. Avtomobildə olan sürücü Gəncə sakini, 1995-ci il təvəllüdlü İsmayılov İbrahim Çərkəz oğlu və sərnişin Bakı sakini, 1983-cü il təvəllüdlü Hüseynov Azər müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirilib. 
Qəza zamanı avtomobildə olan ehtiyat hissələri yolun kənarına dağılıb.
 
Faktla bağlı DYP tərəfindən araşdırma aparılır.