Rayon sakini 3 tapança ilə tutuldu

  • 21.06.2021
  • 0

Şəki rayon Polis Şöbəsinə şəhər sakini Abdullətif Bayramovun qanunsuz olaraq odlu silah-sursat gizlətməsi barədə əməliyyat məlumatı daxil olub.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, həmin şəxs tutulub. Onun yaşadığı ünvana baxış keçirilən zamanı evin zirzəmisindən “Makarov” və “Naqan” tipli tapançalar, onlara aid 22 ədəd patron, bir ədəd lüləsi kəsilmiş və bir ədəd qoşalülə ov tüfəngləri, həmçinin pnevmatik “TİR” tüfəngi, idman tapançası və ona aid 6 ədəd giliz, qırmalar və pistonlar, 5 ədəd bıçaq aşkarlanaraq götürülüb.

Götürülən maddi sübutlar ekspertizaya göndərilib.

Faktla bağlı cinayət işi başlanılıb, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.