Ramiz Mehdiyev koronavirusa yoluxub?

  • 04.06.2021
  • 0

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevin koronavirusa yoluxması ilə bağlı məlumatlar yayılıb.

AMEA İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, yayılan məlumatların heç bir əsası yoxdur və onlar həqiqəti əks ertdirmir. 

“AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin səhhətində heç bir problem yoxdur və o, iş başındadır”, - məlumatda qeyd edilib.

Nə düşünürsən?