Qubada ev yandı

  • 12.06.2021
  • 0

Gecə saatlarında Qubada yanğın hadisəsi baş verib. Hadisə rayonun Səbətlər kəndində, Rəhmanova Gülnaz Cəzail qızına məxsus 2 mərtəbəli fərdi yaşayış evində qeydə alınıb.

Hadisə şahidlərinin bildirdiyinə görə, yanğın 2 mərtəbəli mənzilin birinci mərtəbəsindən başlayıb və qısa zamanda şiddətli alov bütün evi bürüyüb. Nəticədə mənzil tamailə külə dönüb.

Hadisə zamanı ailə üzvləri dərhal mənzili tərk etsələr də ev sahibi 85 yaşlı Rəhmanova Gülnaz Cəzail qızını çıxatmaq mümkün olmayıb. Nəticədə 85 yaşlı qadın yanaraq dünyasını dəyişib.

FHN-dən verilən məlumata görə, hadisə zamanı ümumi sahəsi 144 m² olan ikimərtəbəli ev tamamilə yanıb. Yanğının söndürülməsinə Quba Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını cəlb edilib. Yanğın yerində araşdırmalar zamanı 1936-cı il təvəllüdlü Rəhmanova Gülnaz Cəzail qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. İlkin versiya olaraq hadisəyə səbəb kimi ehtiyatsızlıq göstərilir. Hazırda faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?