Qobustanda 19 ildən sonra torpaq sürüşməsi oldu

  • 31.03.2021
  • 14 baxış
  • 0

Qobustanın Cəyirli kəndində torpaq sürüşməsi baş verib. Sürüşmə nəticəsində kənd ərazisində 40-dan çox evin divarlarında irili-xırdalı çatlar əmələ gəlib. Torpaq sürüşməsi zamanı vətəndaşlara məxsus 2 yaşayış evi tam qəzalı vəziyyətə düşdüyündən evlərdə yaşayış üçün təhlükəli vəziyyət yaranıb. 

APA TV-nin yerli bürosunun xəbərinə görə, Kənddə sürüşmənin aktivləşməsinə son vaxtlar Qobustana yağan qar və yağış səbəb olub. 

Kənd sakini Vidadi Axundova məxsus yaşayış evi sürüşmə nəticəsində qəzalı vəziyyətə düşdüyü üçün ailə artıq 2 gündür ki, evi boşaldaraq qohumlarının evində  qalmaq məcburiyyətində qalib. 

Sakinlərim sözlərinə görə, sürüşmə hər gün davam edir, evlərdə yaranan xırda çatların əhatəsi böyüyərək təhlükəli vəziyyət yaradır. Əsasən də gecə vaxtı sürüşmə daha çox hiss olunur. Evin divarlarında, tavanından  gələn səslər onlarda qorxu yaradır.

Sakinlər deyir ki, Cəyirli kəndində ilk torpaq sürüşməsi 2003-cü ildə baş verib. Sürüşmə zamanı bir çox evlər qəzalı vəziyyətə düşdüyü üçün dövlət tərəfindən həmin evlərin sahiblərinə kompensasiya verilib, bəzi ailələr başqa əraziyə köçürülüb. 19 ildir ki, Cəyirli kəndində sürüşmə baş verməsə də bu il yenidən aktivləşməyə başlayıb.

Nə düşünürsən?