Qızı soyundurub amansızca döydülər (+18)

  • 08.04.2021
  • 0

Rusiyanın Vladivostok şəhərindən olan bir məktəbli qız özünün sosial şəbəkədəki səhifəsinə video yerləşdirib.

Videoda bir qız başqa bir qızı digər 3 həmyaşıdının gözü qarşısında vəhşicəsinə döyür. Zavallı qızın başını bir neçə dəfə qarajın kərpic divarına çırpan rəfiqəsi daha sonra onu yerə yıxıb təpikləməyə başlayır. Hadisəni izləyən qızlar isə yerdəki rəfiqələrinə kömək etmək əvəzinə onlarda bu vəhşiliyə qoşularaq yerdə yarımhuşsuz uzanan "qurbanlarını" təpikləməyə başlayırlar.

Bu görüntülər qısa müddət ərzində bütün şəbəkəyə yayıldı. Hadisənin qurbanı o saat müəyyən edildi. Bu Vladivostok 2 saylı gimnaziyasının tələbəsi Nataşa idi, onu döyən isə 17 və18 saylı Vladivostok orta məktəblərinin şagirdləri idi. Nataşanı vəhşicəsinə döyən qızı da tapmaq çətin olmayıb. Məlum olub ki, bu məktəbli Nastyadır. Sosial şəbəkədə geniş əks-səda doğuran bu videoçarx qısa bir müddət ərzində yerləşdirildiyi səhifədən silinib.

Sosial şəbəkədə bu məsələlər qızğın müzakirə edilən zaman zərərçəkmiş Nataşa həkimə müraciət edir. Xəstəxanadan polisə telefonoqramma daxil olur: - Kəllə-beyin travması ilə bir yeniyetmə qız xəstəxamanıza müraciət edib. Xəstəxanaya gələn polis işçilərinə həkimlər zərərçəkən qızı uzun-uzadı dindirməyə icazə verməyiblər. Onu bu hala salanlar haqda qızdan qısa izahat alan polis, cinayəti törədənlərin izinə düşərək onların hamısını yaxalayıb. Rusiya KİV-lərinin verdiyi məlumata görə, qızlar hələlik susurlar. Zavallı Nataşa isə ev şəraitində müalicəsini davam etdirmək üçün xəstəxanadan buraxılıb. İstintaq Komitəsindən mediaya verilən məlumatda, cinayət törətmiş şəxs 16 yaşını keçibsə onu mühakimə etmək olar. Əgər törədilən cinayət əməli nəticəsində zərərçəkənə ağır bədən xəsarətləri yetirilibsə, onda mühakimə yaşı 14-ə qədər düşə biər.

Nə düşünürsən?