"Qalatasaray"dan şəhidlərimiz adına qan donduran xəbər

  • 24.11.2020
  • 18.9K baxış
  • 0

"Qalatasaray"ın növbəti oyunlarından birinə stadionda şəhidimiz Muradın səs yazısı səslənəcək, futbolçular meydana "Fərid" yazılı forma ilə çıxacaq. Offsideplus.az xəbər verir ki, bunu "Qalatasaray"ın prezidentinin köməkçisi Yusuf Günay mətbuata açıqlamasında deyib. Yusuf bəy bildirib ki, şəhidlərimizin ailələri "sarı-qırmızılar"ın ev oyunlarına dəvət olunacaq. Bundan başqa, klub şəhidlərin məzarını ziyarət edəcək. Prezidentin köməkçisi azərbaycanlı jurnalistdən Fəridlə Muradın ailə üzvlərinin nömrəsini də istəyib. Artıq Türkiyə mediasında bu məsələ ilə bağlı xəbərlər gündəmi zəbt edib. Qeyd edək ki, Fərid Dursunov adlı şəhidimiz dünyasını dəyişməzdən əvvəl "şəhid olsam, məzarıma Azərbaycan bayrağı ilə yanaşı, "Qalatasaray"ın da bayrağını asarsız" söyləyi ki, dostları onun vəsiyətini yerinə yetirib. Murad Məmmədov isə hər zaman ətrafındakılara "bu, futbol sevgisi deyil, bu, "Qalatasaray" sevgisidir, mənimlə qəbir evinə gedəcək" deyirmiş.

Nə düşünürsən?