Qadını aldadaraq hamilə qoyan kişi onu küçəyə atdı

  • 02.03.2021
  • 0

"ATV"- nin "Bizimləsən" layihəsində gərgin anlar yaşanıb.

BiG.AZ Sonxeber.az-a istinadən xəbər verir ki, sözügedən verilişdə Nərmin adlı qadın başına gələn hadisədən danışıb. O, efirdə Cavid adlı şəxsin onu aldatdığını, hamilə qoyaraq küçəyə atdığını açıqlayıb:

"Kafedə qabyuyan işləyirdim. Mənə dedi ki, sənə sahib çıxacağam, kəbin kəsdirəcəyəm, yarı yolda qoymayacağam. Ona inandım, çünki yemək, paltar korluğu çəkməkdən yorulmuşdum. Kafenin sahibləri də bəzən mənə qarşı yaxşı rəftar etmirdi. Hamı bilirdi ki, heç kimim yoxdur.

Mən Abbasov Cavid Cəlil oğlu ilə tanış olanda onun sənədində subay yazılmışdı. Hamilə qalanda mənə dedi ki, uşağa soyadımı verməyəcəyəm, ya mənim fikrimlə razılaş, ya da yaşadığım evi tərk et. Biz ailə kimi 3 ay bir yerdə yaşadıq. Cavid hüquqşünas işləyirdi.

Qadın iddia edir ki, Cavid onu gecə saatlarında dediklərilə razılaşmadığı üçün küçəyə atıb. Nərmin də əlacsız qaldığından gecə ilə anasıgilə gedib.

Nə düşünürsən?