Qadın maşının altında belə qalıb öldü

  • 05.06.2021
  • 0

Biləsuvarda minik avtomobili ağaca çırpılıb.

Oxu24.com -un  məlumatına görə, hadisə rayonun Xırmandalı kəndində qeydə alınıb.

Kənd sakini, 69 yaşlı Məmmədhəsən Həsənov idarə etdiyi avtomobil ilə Bakı istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə yoldan çıxan maşın ağaca çırpılıb.

Avtomobildə olan sürücünün həyat yoldaşı Elzangül Şahbazova dünyasını dəyişib. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Bakı-Qazax avtomagistralının Yevlaxdan keçən hissəsində isə minik maşını mikroavtobusla toqquşub. Nəticədə 2 qadın xəsarət alı, biri isə dünyasını dəyişib.

Zərbənin gücündən sərnişin daşıyan mikroavtobus yola aşıb. Qəza zamanı mikroavtobusun sərnişinləri - Günel Orucova, Ramilə Kazımova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb. Hələlik şəxsiyyəti müəyyənləşməyən bir qadın isə hadisə yerində dünyasını dəyişib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: