Perenciyev: Ermənilər öz evlərinimi yandırırlar?

  • 14.11.2020
  • 0

Rusiya KİV-də Azərbaycanın işğal olunmuş torpaqlarının sakinləri olan ermənilərin evlərini yandırmağa başladığı haqqında informasiyalar yayılır. Bu məlumatlarda yalnız bir həqiqət var - ermənilər 25 ildə yaşadıqları evləri yandırırlar. Onlar həqiqətənmi öz evlərini yandırırlar? Yox. Bu torpaqlar həmişə Azərbaycanın bir hissəsi olub. Bu barədə Axar.az-a açıqlamasında hərbi politoloq Aleksandr Perenciyev deyib. O bildirib ki, ermənilər bu rayonlarda 90-cı illərin ortalarına qədər yaşamırdılar: “Orada, demək olar ki, yalnız azərbaycanlılar yaşayırdılar, onlar Ermənistan tərəfindən törədilmiş soyqırım nəticəsində ya öldürülmüşdülər, ya da macal tapıb, qaça bilmişdilər. Həmin evlərdə sonradan ermənilər məskunlaşdırılıb”. Politoloqun sözlərinə görə, burada söhbət Azərbaycanın keçmiş DQMV-nin (DQMV 1991-ci ildə ləğv edilib) tərkibinə daxil olmayan, lakin Ermənistan tərəfindən işğal edilmiş 7 rayondan gedir: “Hazırda, 25 ildən sonra, nəhayət, azadlıq müharibəsi nəticəsində Azərbaycan nəinki keçmiş DQMV-nin bir hissəsini, həm də Ermənistanın Madrid (baza – red.) prinsipləri ilə verməli olduğu digər 3 rayonu da özünə qaytarır. İndi onların reallaşması prosesi davam edir, qalan üç rayonun Azərbaycanın tərkibinə verilməsi üzrə işlər aparılır. Ermənilər isə son 25 ildə yaşadıqları, lakin daha əvvəl azərbaycanlılara məxsus olan evləri yandırırlar. Beləliklə, bu rayonlardan olan, siyasətçilərin ədalətsiz qərarından şikayətlənən erməni qaçqınları bizə göstəriləndə 90-cı illərin əvvəllərində bu torpaqlarda öldürülən və ya tələm-tələsik öz vətənlərini tərk etmək məcburiyyətində qalan azərbaycanlıları yada salmaq lazımdır. Ədalət ikili standartlar üzərində qurula bilməz! Xüsusən də tarixi ədalət. Azərbaycan Qarabağda sülhün tərəfdarıdır, Qarabağ isə Azərbaycandır!”

Nə düşünürsən?