Ot tayasından görün nə tapıldı - Şok əməliyyat

  • 11.01.2021
  • 0

Cəlilabadda ot bağlamalarının arasından 5 kiloqramdan artıq narkotik aşkarlanıb. APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Masallı rayon sakini Cəbrayıl Şükürov Cəlilabad rayonu Göytəpə şəhəri ərazisində saxlanılıb. Onun üzərindən 18 qrama yaxın qurudulmuş marixuana aşkar edilərək götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq Cəbrayıl Şükürovun yaşadığı evə keçirilən baxış zamanı həyətindəki tövlədə ot bağlamalarının arasından polietilen torbada 5 kiloqram 210 qram çəkidə qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?