Narkotik vasitə - tiryək aşkarlanıb

  • 13.11.2019
  • 0

İran vətəndaşından gömrükdə narkotik götürülüb.

Dövlət Gömrük Komitəsindən “Qafqazinfo”ya verilən məlumata görə, Astara gömrük postunda İrandan gələn həmin ölkə vətəndaşı Pour Nabi Mavaneh Abdollah Aziz oğlu saxlanılıb və əl yükü rentgen aparatından keçirilərkən monitorda şübhəli predmetlərin təsviri görünüb.

Yoxlama zamanı vətəndaşa məxsus 1 ədəd qara rəngli sellofan torbada olan karton qutunun içərisində, 2 ədəd yumru formalı ehtiyat hissələrinin hər birinin daxilindəki boşluqda aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə, gömrük nəzarətindən gizlədilən, ümumilikdə 3420 qram olan qara rəngli narkotik vasitə - tiryək aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?