Minik maşını yandı

  • 27.04.2021
  • 0

Oğuz rayonunda avtomobil yanıb.

APA TV-nin məlumatına görə, Ağdamda anadan olan və hazırda Bakı şəhərində yaşayan Zəfər Hüseynzadənin idarə etdiyi “Mercedes” markalı minik avtomobilində yanğın olub.

Hadiyə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Oğuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində avtomobilin mühərrik və salonu yanaraq yararsız hala düşüb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?